Antonio Rudiger "Çelsi" ilə anlaşa bilmir.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı alman müdafiəçi yeni müqaviləyə qol çəkmək istəmir. Buna səbəb onun "zadəganlar"dan 4 il üçün 46 milyon funt-sterlinq istəməsidir. Lakin London klubu adıçəkilən oyunçuya bu məbləği vermək niyyətində deyil.
Onun klubuyla hazırkı sözləşməsi bu mövsümün sonu başa çatır.
Qeyd edək ki, Almaniya millisinin üzvü 2017-ci ildən "Çelsi"də çıxış edir.