Huqo Lloris "Tottenhem"lə sözləşməni uzadıb.

Offsideplus.az London klubun rəsmi saytına istinadən xəbər verir ki, "mahmızlar" 35 yaşlı qapıçı ilə 2024-cü ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Lloris 2012-ci ildən "Tottenhem"də çıxış edir.