"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq karyerasını Səudiyyə Ərəbistan klubunda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı qabonlu hücumçunu "Əl-Nəsr" icarə əsasında heyətinə qatmaq istəyir. Artıq London klubuna bu barədə məlumat da verilib.
Həmçinin Obameyanqın baş məşqçi Mikel Arteta ilə də aralarının yaxşı olmaması futbolçunun qərarına təsir edəcək.
Onun "topçular"la 2023-cü ilə kimi sözləşməsi var.
Qeyd edək ki, Obameyanq 2018-ci ildən "Arsenal"da çıxış edir.