"Mançester Siti" Madrid "Real"nın futbolçusu Vinisius Junioru heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı Pep Qvardiola 21 yaşlı brazilyalının meneceri ilə təmasa keçib.50 yaşlı mütəxəssis növbəti mövsüm üçün bu transferi düşünür.
Vinisiusun paytaxt klubuyla sözləşməsi 2024-cü ildə başa çatır.
Qeyd edək ki, 2018-ci ildən "kral klubu"nun şərəfini qoruyan oyunçu bu mövsüm 27 matçda 15 qol və 9 məhsuldar ötürmə edib.