Son günlər uğursuz çıxış edən "Mançester Yunayted"ə daha bir zərbə futbolçulardan gəldi.

 Offsideplus.az Britaniya medisına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın 17 futbolçusu komandadan ayrılmaq istəyir. Bunlar Antonio Marsial, Pol Poqba, Cesse Linqard, Edinson Kavani, Xuan Mata, Donni van de Beek, Din Henderson, Eri Bai, Fil Cons, Nemanya Matiç, Fred, Dioqo Dalot və Aksel Tuanzebedir.

Futbolçuların hər biri baş məşqçi Ralf Raqnikl danışıb komandada xoşbəxt olmadıqlarını bildiriblər.

Qeyd edək ki, bu mövsüm "Mançester Yunayted"  Premyer Liqada 19 matçda 9 qələbə 4 heç-heçə və 6 məğubiyyət alıb.