"Çelsi" klubu hücumçusu Romelu Lukaku mübahisəli müsahibəsinə görə cəzalandırılacaq.

Offsideplus.az xəbər verir ki, "zadəganlar"ın rəhbərliyi futbolçunu 600 min avro məbləğində cərimə edəcək.

Xatırladaq ki, Lukaku müsahibəsində London klubundakı rolundan, Tomas Tuxelin sxemindən, həmçinin “İnter”ə qayıtmaq istəyindən danışıb.