"Çelsi" Tiaqo Silvayla müqaviləni uzadıb.

 Offsideplus.az xəbər verir ki, "zadəganlar" 37 yaşlı "sambaçı"nı daha bir mövsüm komandada saxlayacaq.

Silvanın əvvəliki müqaviləsi bu yay başa çatırdı.

Qeyd edək ki, təcrübəli müdafiəçi bu mövsüm London klubuyla 22 matçda 2 qol və 2 məhsuldar ötürmə edib.