“Sauthempton” klubunun futbolçusu Sem Makkuin karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçunun karyerasını erkən bitirməsinə dizindəki zədə səbəb olub. 

Qeyd edək ki, “Sauthempton”un yetirməsi olan Sem Makkuin 2014-cü ildən əsas komandada çıxış edirdi.