"Sauthempton"un futbolçusu Sam Makkuin 27 yaşında karyerasını bitirib.
Offsideplus.az klubun rəsmi "tvitter" hesabına istinadən xəbər verir ki, buna səbəb müdafiəçinin dizində zədənin olmasıdır.
Qeyd edək ki, Makkuin 2016-cı ildən "Sauthempton"nun əsas heyətində top qovurdu. O, Premyer Liqada indiyədək 58 matçda 15 qol və 7 məhsuldar ötürmə edib.