"Arsenal" antirekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Siti"yə (2:1) matçda məğlub olan "topçular"ın brazilyalı müdafiəçisi Qabriel Maqalhaes gördüyü qırmızı vərəqəylə tarixə keçib.

Belə ki, "Arsenal" Premyer Liqa tarixində 100 qırmızı vərəqə görən ilk komanda olub.