"Mançester Siti"  Ferran Torresin mövqeyinə yeni futbolçu almayacaq.

Offsideplus.az "The Times"a istinadən xəbər verir ki,  "şəhərlilər" "Barselona"ya satdığları  ispaniyalı forvardın yerinə oyunçu cəlb etməyəcəklər. Klub rəhbərliyi daha çox gənclərə üstünlük verəcəklər.

 

Qeyd edək ki, 21 yaşlı hücumçu ötən gün "Barselona"ya  imza atıb.