Aleksandr Lakazet "Arsenal"dan ayrılacaq.

 Offsideplus.az "L Equipe"ə istinadən xəbər verir ki, müqaviləsi bu yay başa çatacaq olan 30 yaşlı hücumçu "topçular"da qalmaq istəmir. London klubu fransalıya yeni sözləşmə təklif etməyi planlayır. Lakin futbolçu karyerasına başqa komandada davam etdirmək istəyir.

Qeyd edək ki, Lakazet 2017-ci ildən London klubunun şərəfini qoruyur.