"Çelsi"nin futbolçusu Jorjinyo dünən keçirilən "Aston Villa"yla ( 1:3 ) maçta tarixə keçib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı italiyalı yarımmüdafiəçi Premyer Liqa tarixində bir təqvim ilində ən çox penaltidən qol vuran oyunçu olub. O, bunu 10 dəfə bacarıb.
Qeyd edək ki, Jorjinyo bu mövsüm "Çelsi"nin heyətində 23 maçta 9 qol və 1 məhsuldar ötürmə edib.