Con Terri sabiq komandası "Çelsi"yə qayıdır.

 Offsideplus.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçu "zadəganlar"a geri dönməyə hazırlaşır. O, London klubunun aşağı yaş qruplarında işləyəcək.

Terrinin son iş yeri "Aston Villa" olub.

Qeyd edək ki, o, 2000/2017-ci illər aralığında "Çelsi"  forması ilə 713 maçta 67 qol və 29 məhsuldar ötürmə edib.