Böyük Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri 2021-ci ilin ən yaxşı 50 məşqçisinin siyahısını hazırlayıb.

Offsideplus.az xəbər verir ki, ilin ən yaxşı çalışdırıcısı “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola seçilib.

Onun rəhbərliyi altında “şəhərlilər” bu il Premyer Liqanın qalibi olub, İngiltərə Liqa Kubokunu qazanıb və Çempionlar Liqasının finalına yüksəlib. İlk “üçlük"də UEFA  Çempionlar Liqasını qazanan “Çelsi”nin çalışdırıcısı Tomas Tuxel və “Liverpul”a rəhbərlik edən Yurgen Kloppdur.