İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilməli olan “Börnli” - “Everton” matçı təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 26-da baş tutmayacaq. Buna səbəb “Everton”un heyətində koronavirusa yoluxma hallarının artmasıdır.
Oyunun nə vaxt keçiriləcəyi bəlli deyil.