"Mançester Siti" klubu hücumçusu Ferran Torresi komandada saxlamaq niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi 21 yaşlı ispaniyalı hücumçunun xidmətindən istifadə etməkdə maraqlı deyil. O, həmçinin Torresin əvəzinə yeni forvardın alınmasına da lüzum görmür.
Bununla da "Barselona" gənc futbolçunu sıralarına qatmağa daha yaxındır. Belə ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesin hazırda əsas hədəfi Torresdir.
Qeyd edək ki, adıçəkilən oyunçunun transfer dəyəri 45 milyon avrodur.
Onu da bildirək ki, Torres ötən il "Valensiya"dan "Mançester Siti"yə transfer edilib.