"Çelsi" klubu braziliyalı futbolçusu Tiaqo Silva ilə tezliklə yeni müqavilə imzalayacaq .

Offsideplus.az xəbər verir ki, London təmsilçisi ilə futbolçu arasında müqavilənin uzadılması ilə bağlı prinsipial razılıq əldə edilib. "Sambaçı"nın "Çelsi" ilə yeni müqaviləsi 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Silva "Çelsi"yə 28 avqust 2020-ci ildə PSJ-dən azad agent kimi keçib.