2019/20 mövsümündən İngiltərə futbolunda bəzi yeniliklər tətbiq olunacaq.
Offsideplus.az xəbər verir ki, bu dəyişikliklər Premyer Liqa və kuboka tətbiq ediləcək. Ölkə çempionatının yüksək dəstəsində baş verəcək yenilik öncədən gözləniləndi. Artıq qış fasiləsinin olması təsdiqlənib. Lakin bu fasilə çempionata deyil, klublara veriləcək.
Belə ki, tur 5 oyundan ibarət iki hissəyə bölünəcək və ayrı-ayrı həftələrdə baş tutacaq. Nəticədə komandaların hər biri iki həftəlik boşluq qazanacaq.
İngiltərə kubokunda 5-ci raundun oyunları isə artıq həftəarası günlər baş tutacaq. Bu görüşlərdə heç-heçə qeydə alınsa, təkrar matç olmayacaq. Artıq futbolun yaradıcıları da əlavə vaxt və penaltiləri ilk matça tətbiq edəcək.(apasport.az)