“Mançester Siti” portuqaliyalı futbolçusu Bernardo Silva ilə müqaviləni yeniləməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçunun çıxışından razıdır və onunla daha yaxşı şərtlərlə yeni sözləşmə imzalamaq istəyir.
Silva yeni müqavilə ilə həftəlik 350 min avroya yaxın məvacib ala bilər.
Qeyd edək ki, 2017-ci ilin yayından “Mançester Siti”də çıxış edən Silvanın klubla müqaviləsi 2025-ci ilin iyuluna qədərdir.