"Mançester Siti" Bernardo Silvanı komandada saxlamaq niyyətindədir.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər" 27 yaşlı portuqaliyalı ilə müqaviləni uzatmaq istəyir. Hətta klub onun maaşını iki dəfə artırmağı da planlayır.
Silva yeni imzaya qol çəkərsə, həftəlik 300 min funt-sterlinq qazanacaq. Onun hazırkı sözləşməsi 2025-də başa çatır.
Qeyd edək ki, yarımmüdafiəçi Premyer Liqada bu mövsüm 17 matçda 7 qol və 1 məhsuldar ötürmə edib.