Cessi Linqard "Mançester Yunayted"dən ayrılmaq istəmir.

Offsideplus.az "The Athletic"ə  istinadən xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını "qırmızı şeytanlar"da sürdürmək istəyir. O, əsas heyətə düşmək üçün mübarizə aparacağını deyib.

 

 Linqardın klubuyla  hazırkı sözləşməsi 2022-ci ildə başa çatır.

Qeyd edək ki, Linqard bu mövsüm “Mançester Yunayted”in heyətində 12 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.