"Mançester Siti" Bernardo Silva ilə müqaviləni uzatmaq niyyətindədir.

 Offsideplus.az xəbər verir ki, "şəhərlilər" 27 yaşlı portuqaliyalı futbolçuya yeni şərtlərdə sözləşmə təklif edəcək.

Yeni müqaviləyə əsasan, oyunçu həftəlik 300 min sterlinq qazanacaq. Bununla da o, komandanın ən çox qazanan futbolçularından biri olacaq.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də top qovur.