"Mançester Yunayted" növbəti mövsüm üçün məşqçi seçimlərinə başlayıb.

 Offsideplus.az xəbər verir ki, yayda almaniyalı Ralf Raqnik ilə yola davam etməyəcək olan "qırmızı şeytanlar" "Sportinq"i ( Lissabon ) çalışdıran  mütəxəssis Ruben Amorimi komandanın başına gətirmək istəıyir. Lakin adıçəkilən portuqaliyalının paytaxt təmsilçisi ilə 2024-cü ilə qədər sözləşməsi var.

 

Qeyd edək ki, 36 yaşlı mütəxəssis 2020-ci ilin martından "Sportinq"ə rəhbərlik edir.