"Liverpul"un qapıçısı Loris Karius komandadan ayrılmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur öz "tvitter" hesabında məlumat verib. O, 28 yaşlı almaniyalı qolkiperin "qırmızılar"la müqaviləsini pozmaq istəyinin olduğunu vurğulayıb.
Almaniyalı əlcək sahibinin hazırkı sözləşməsi bu mövsümün sonunda başa çatır.
Qeyd edək ki, o, 2016-cı ildən "mersisaydlılar"da çıxış edir.