"Liverpul" klubunun braziliyalı hücumçusu Roberto Firmino zədəsini tam sağaldıb.
Offsideplus.az xəbər verir ki, "sambaçı" artıq tam məşqlərə başlayıb və meydançaya qayıtmağa hazırdır. O, İngiltərə Premyer Liqasında dekabrın 16-da keçiriləcək “Nyukasl”a qarşı matçda iştirak edə biləcək.
Xatırladaq ki, 30 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində noyabrın 3-ü keçirilən "Atletiko" ilə görüşdə (2:0) zədələnmişdi.