"Nyukasl" "Tottenhem"in futbolçusu  Dele Allini heyətinə qata bilər.

 Offsideplus.az xəbər verir ki, "sağsağanlar"  25 yaşlı yarımmüdafiəçi üçün "mahmızlar"la danışıqlar aparmaq niyyətindədir.

Oyunçunun London təmsilçindən mövsümün sonu ayrılacağı gözlənilir.

İngilis futbolçunun klubuyla hazırkı sözləşməsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Alli 2015-ci ildən "Tottenhem"dədir.