Futbol üzrə İngiltərə Premyer Liqasında bu mövsüm ən çox qol imkanı yaradan futbolçuların adları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ilk pillədə “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş qərarlaşıb. O,  bu mövsüm ümumilikdə 45 qol imkanı yaradıb. 

2-ci pillədə 44 qol imkanıyla “Liverpul”dan Trent Aleksander-Arnold yer alıb. 

İlk "3-lüy"ü isə 33 qol imkanı ilə “Liverpul”dan Məhəmməd Salah tamamlayır