"Çelsi" müdafiəçisi Tiaqo Silva ilə sözləşməni uzadacaq.

 Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "zadəganlar" 37 yaşlı "sambaçı"nı daha bir il komandada saxlamaq niyyətindədir.

Yeni müqavilə barədə yaxın müddət ərzində məlumat verəcəyi deyilib.

Qeyd edək ki, Silva 2020-ci ildə London klubuna keçib. O, bu mövsüm 18 maçta 2 qol və 2 məhsuldar ötürmə edib.