“Çelsi” klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin çalışdırıcısı Tomas Tuxel məlumat verib.
Alman mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Rusiya “Zenit”inə qarşı keçirəcəkləri matçdan öncə baş tutan mətbuat konfransında xorvatiyalı futbolçudan götürülmüş koronavirus testinin pozitiv çıxdığını diqqətə çatdırıb. 27 yaşlı yarımmüdafiəçi karantinə alınıb.
Qeyd edək ki, sabah Sankt-Peterburqda baş tutacaq "Zenit" - "Çelsi" matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.