Argentinalı qapıçı Villi Kabellero karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı qolkiper "Sauthemton"la razılaşıb.

Təcrübəli qapıçıyla 2022-ci ilin 5 yanvarına kimi sözləşmə imzalanıb.

Qeyd edək ki, Kabellero karyerası ərzində "Malaqa", "Mançester Siti" və "Çelsi" kimi önəmli klubların şərəfini qoruyub.