“Tottenhem” klubunun zədəli futbolçusu Kristian Romeronun son durumu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Antonio Konte məlumat verib.
O, Argentina yığmasının noyabrın 17-də Braziliyaya qarşı keçirdiyi DÇ-2022-nin seçmə mərhələ oyununda (0:0) zədələnən müdafiəçinin bu il yaşıl meydanlardan kənarda qalacağını deyib.
Romero bundan sonra azı 10 matçı buraxacaq.