"Mançester Yunayted" klubunun yeni baş məşqçisi Ralf Ranqnik "Borussiya"(Dortmund) komandasının futbolçusu Erlinq Haalandı sərəncamında görmək istəyir.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssisin 21 yaşlı hücumçunu İngiltərə təmsilçisinə keçməyə razı salmağa çalışdığı bildirilir.
Almaniyanın nüfuzlu "Bild" nəşrinin yaydığı məlumata görə, Ranqnik futbolçunun atası Alf-İnqe Haalandla da yaxın münasibətdədir.
Qeyd edək ki, norveçli hücumçu bu mövsüm Bundesliqada 7 oyuna 10 qol vurub.