"Qalatasaray" klubunun sabiq braziliyalı qapıçısı Klaudio Taffarel "Liverpul"da işləyəcək.
Offsideplus.az xəbər verir ki, o, Con Axterberqlə birlikdə komandada qapıçılar üzrə məşqçi vəzifəsində çalışacaq.
Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Qalatasaray"da çıxış edən Taffarel İstanbul klubu ilə UEFA Kuboku və Superkubokunu qazanıb.