"Arsenal"ın futbolçusu Aleksandr Lakazet mövsümün sonu klubdan ayrılacaq.
Offsideplus.az jurnalist Nikola Şkiranın "tviter" hesabına istinadən xəbər verir ki, 30 yaşlı fransalı oyunçu "topçular"la başa çatacaq sözləşməsini yeniləməyəcək.
Qeyd edək ki, Lakazet 2017-ci ildən London klubunda çıxış edir.