“Şaxtyor” klubunun yarımmüdafiəçisi Fred Rodrigesin  “Mançester Yunayted”ə keçidi dəqiqləşib. 

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə razılığa gəlinib. Yaxın vaxtlarda braziliyalı yarımmüdafiəçi ilə müqavilə imzalanacaq.

 Qeyd edək ki, Fred ötən mövsüm Donets klubunun heyətində 37 oyuna 5 qol vurub, 7 məhsuldar ötürmə edib.