"Mançester Yunayted" baş məşqçisi Ole-Qunnar Sulşerlə yolları ayırıb.

Offsideplus.az "Goal.com"a istinadən xəbər verir ki, klub, 48 yaşlı mütəxəsis ilə qarşılıqlı anlaşaraq  sözləşməyə xitam verib.

Qeyd edək ki, Sulşer Premyer Liqada oynadığı son 7 matçın 5-də məğlub olmuşdu. O, 2018-ci ildən "qırmızı-şeytanlar"a rəhbərlik edirdi.