"Mançester Yunayted"i qışda tərk edəcək oyunçuların adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, qırmızı-şeytanlar" yanvarda Pol Poqba, Cesse Linqard, Fil Cons, Donni van de Bek və qapıçı Din Henderson kimi oyunçularla yolları ayıracaq. Adı çəkilən oyunçuların bəzilərinin icarəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 11 tura topladığı 17 xalla, 6-cı pillədə qərarlaşıb.