"Tottenhem"in yeni baş məşqçisi Antonio Konte transfer çalışmalarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, 52 yaşlı təcrübəli mütəxəssis "Yuventus"da çıxış edən amerikalı futbolçu Veston Mkkeyni xidmətində görmək istəyir. 23 yaşlı yarımmüdafiəçinin "qoca-sinyora" ilə 2025-ci ilə kimi sözləşməsi var.
Qeyd edək ki, adı çəkilən futbolçu 2020-ci ildən Turin klubunda çıxış edir.