Cessi Linqardın "Mançester Yunayted"lə müqaviləsinin müdddətinin uzadılması ilə bağlı danışıqlar nəticəsiz qalıb.

Offsideplus.az xəbər verir ki, o, yayda azad agent kimi klubu tərk etməyə çalışacaq. Linqardın qış transfer pəncərəsində də Mançester təmsilçisindən ayrıla biləcəyi bildirilir.

Qeyd edək ki, Linqard İngiltərə Premyer Liqasında bu mövsüm 5 oyunda iştirak edib və 2 qol vurub.