"Mançester Siti" nin futbolçusu Jeremi Visten intihar edib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı oyunçu ciddi zədə aldığından heyətdən kənarlaşdırılıb. Buna dözməyən gənc bu addımı atıb. O, bacısının yataq otağında anası tərəfindən ölü tapılıb.

Qeyd edək ki, mərhum futbolçu 5 ildir "şəhərlilər"in akademiyasında çıxış edirdi.