“Liverpul” klubunun hücumçusu Sadio Mane sıradan çıxıb. 

Offsideplus.az xəbər verir ki, seneqallı futbolçu millisinin DÇ-2022-in seçmə mərhələsi çərçivəsində Toqoya qarşı keçirdiyi matçda (1:1) zədələnib. 

Görüşün 27-ci dəqiqəsində xəsarət alan Mane meydanı tərk etmək məcburiyyətinə qalıb. Onun qabırğa və omba nahiyyəsindən zədə aldığı bildirilir.