Bu mövsümün əvvəlində “Atletiko”dan icarə əsasında “Çelsi”yə keçən Saul Niqesin İngiltərə klubundakı gələcəyi bəlli olub.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi yanvarda ispan yarımmüdafiəçini müqavilə ilə məxsus olduğu “Atletiko”ya qaytarmaq istəyir. 

Onun “Çelsi”də sərgilədiyi performans məşqçilər heyətini razı salmayıb və yarımmüdafiəçi baş məşqçi Tomas Tuxelin planlarında yer almır.

Qeyd edək ki, Saul Niqes “Çelsi” ilə cəmi 8 oyuna çıxıb.