"Arsenal"ın futbolçusu Aleksandr Lakazet "Atletiko"ya keçə bilər.

Offsideplus.az xəbər verir ki, London klubu ilə bu mövsüm müqaviləsi başa çatacaq olan 30 yaşlı fransalı hücumçu "matrasçılar"ın transfer hədəfindədir. Madrid klubu adı çəkilən oyunçunu qışda heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Lakazet 2017-ci ildə "Lion"dan "Arsenal"a keçib.