"Liverpul" "Sportinq"in futbolçusu Pedru Qonçalveşi transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "merseysidelılar" 23 yaşlı portuqaliyalı orta sahə üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır. Adı çəkilən oyunçunun klubu ilə 2026-cı ilə kimi sözləşməsi var.

Qeyd edək ki, Qonçalveş 2020-ci ildən Lissabon təmsilçisinin şərəfini qoruyur.