Pol Poqba “Mançester Yunayted”dəki gələcəyi ilə bağlı qərar verilib.

Offsideplus.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi son illər onunla müqaviləni yeniləmək üçün çox cəhdə əl atıb. Lakin fransalı yarımmüdafiəçi hər dəfə klubdan aldığı təklifi geri çevirib. Yarımmüdafiəçi artıq “qırmızı şeytanlar”ın planlarına daxil deyil. 2021/22 mövsümündən sonra azad agent olacaq.

İngiltərə mətbuatına görə, rəhbərlik onunla qış “transfer pəncərəsi” zamanı vidalaşmaq istəmir. Klub rəsmiləri 28 yaşlı futbolçunun mövsümün ikinci yarısında komandaya faydalı ola biləcəyini düşünür.