"Mançester Yunayted" ilə adı hallanan italyalı məşqçi Antonio Konte maraqlı açıqlaması ilə gündəmə gəlib.
Offsideplus.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis futbolçuların oyunlardan əvvəl cinsi əlaqəyə girməyinin onların performanslarına təsir edəcəyini deyib.
Təcrübəli məşqçi "İnter"də olduğu dönəmdə oyunçularına verdiyi seks tövsiyələri haqda "L' Equipe" dərgisinə danışıb:
"Oyunlar ərəfəsində futbolçular cinsi əlaqəyə girməməlidir. Mümkün olduqca az güc sərf etməlidirlər. Həyat yoldaşları ilə birgə olmaları daha yaxşıdır".
Qeyd edək ki, hazırda klubsuz olan Kontenin son iş yeri "İnter" olub.