"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola futbolçusu Rahim Sterlinqin komandada az oyun şansı aldığına görə narazılıq etməsinə cavab verib.

 Offsideplus.az xəbər verir ki, o, Britaniya mətbuatına açıqlamasında bunları deyib: 

"Bəzi futbolçular daim oyun şansı almaq istəyir. Amma mən onlara bunun zəmanətini verə bilmərəm. Bunu onlara dəfələrlə demişəm. Mən istəyirəm ki, "Maçester Siti"də hamı xoşbəxt olsun. Əgər belə deyilsə, hamı özünə görə doğru olan qərarlar verməkdə müstəqildir. Bu klubda xoşbəxt olmayanlar ayrıla bilərlər".