"Mançester Siti" klubunda sentyabr ayının ən yaxşı futbolçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Bernardo Silva ötən ayın ən yaxşısı seçilib. O, səsvermədə 61 faiz səs toplayıb.

Qeyd edək ki, yarımmüdafiəçi sentyabrda meydana çıxdığı 5 matçda 1 qol vurub.