İngiltərə millisinin sabiq üzvü Con Terri "Aston Villa"dan ayrılıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

 Qeyd edək ki, C.Terri əfsanəsi olduğu "Çelsi"dən getdikdən sonra ötən ilin yayından "Aston Villa"nın şərəfini qoruyurdu. O, İngiltərə çempionşipində 2017/2018 mövsümündə 35 matçda iştirak edib.(qol.az)